BAKI, 7 yanvar. TELEQRAF
Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Rusiya lideri Vladimir Putin ilə telefon danışığının baş tuta biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Makron bu barədə "France 2" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, hazırda Putinlə təmasların yenidən qurulması prosesi gedir.
“Hazırda yaxın həftələrdə baş tutmalı olan əlaqənin yenidən təşkili aparılır. Məqsəd Ukraynanın kapitulyasiyası olmadan sülhə nail olmaqdır”, - deyə Fransa Prezidenti deyib.
Qeyd edək ki, Makron daha əvvəl də Avropa ölkələri ilə Rusiya prezidenti arasında danışıqlar üçün hamını qane edəcək formatın tapılmasının vacibliyini vurğulamışdı.