BAKI, 6 yanvar. TELEQRAF
Almaniya hökuməti Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Almaniya kansleri Fridrix Merts bağlı səsləndirdiyi fikirləri nəzərə alıb.
Teleqraf xəbər verir ki, Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Sebastian Hille jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, hökumət bu açıqlamalardan xəbərdardır.
“Biz əlbəttə ki, bu bəyanatları nəzərə aldıq”, - deyə Hille qeyd edib.
O, əlavə edib ki, kansler Merts yaxşı və etibarlı şəkildə mühafizə olunur və onun təhlükəsizliyinə görə məsuliyyəti Federal Criminal Police Office Germany (Federal Cinayət Polisi İdarəsi) daşıyır.
Xatırladaq ki, Medvedev daha əvvəl TASS-a müsahibəsində Venesuelada baş verən hadisələrdən sonra digər ölkə liderlərinə qarşı da oxşar əməliyyatların mümkünlüyünü istisna etmədiyini, o cümlədən Almaniya kanslerini qeyd etdiyini bildirib.