BAKI, 7 yanvar. TELEQRAF
"Qrenlandiya yalnız öz xalqına məxsusdur və onun gələcəyi ilə bağlı heç bir şey Danimarkasız həll edilə bilməz".
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Nikosiyada təşkilata sədrliyin Kiprə təhvil verilməsi mərasimində çıxışında bildirib.
"Avropa İttifaqı Şurası Qrenlandiya, Latın Amerikası və ya Karib dənizində beynəlxalq hüququn pozulmasına dözməyəcək", - deyə qeyd edib.