BAKI, 7 yanvar. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Venesuela lideri Nikolas Maduroya Türkiyəyə getməyi təklif etməsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısından sonra jurnalistlərə açıqlamasında danışıb.

"Bizə belə bir məlumat daxil olmayıb. Bizə belə bir şey bildirilməyib",- o qeyd edib.

Xatırladaq ki, ABŞ senatoru Lindsi Qrem və Donald Trampın Karakasda keçirilən əməliyyatdan öncə Nikolas Maduroya Türkiyəyə getməyi təklif etdiklərini açıqlamışdı.