BAKI, 7 yanvar. TELEQRAF
Venesuela neftinin təcridi ilə bağlı qərar qüvvədə qalır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pete Hegset "X" sosial media hesabında Rusiya tankerinin saxlanılması ilə bağlı xəbəri şərh edərkən bildirib:
"Sanksiyalara məruz qalan Venesuela neftinin blokadası dünyanın istənilən yerində qüvvədə qalır".
Pentaqon rəhbəri gəmilərin ələ keçirilməsinin səbəbini Venesueladan neft daşımalarının blokada olması ilə əsaslandırıb:
"Marinera tankeri iki həftədən çox idi ki, təqib olunurdu".
Qeyd edək ki, ABŞ Sahil Mühafizəsi bu gün səhər Latın Amerikası sahilləri yaxınlığında Rusiya neft tankerı "Marinera"nı ələ keçirib.