BAKI, 7 yanvar. TELEQRAF
Macarıstan Qərbi Avropa ölkələrinin Paris görüşündə qəbul etdiyi qərarları rədd edir.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Fransanın paytaxtında keçirilən "Könüllülər koalisiyası"nın iclasının nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Qərbi Avropa ölkələri Ukraynada hərbi mövcudluğu təmin etməklə Rusiya ilə birbaşa müharibə təhlükəsini artırırlae.
Siyarto hesab edir ki, bu, qərarları Moskva ilə hərbi münaqişəyə səbəb olan hazırkı Aİ rəhbərliyinin siyasətinə tamamilə uyğundur.