BAKI, 7 yanvar. TELEQRAF

ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaltmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "CNBC News" mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirir ki, sanksiyaların sayı azaldılacaq və Venesuela neftinin satışı ABŞ vasitəsilə limitsiz müddətə həyata keçiriləcək.