BAKI, 7 yanvar. TELEQRAF
Suriya Hələbdə terrorçu "Suriya Demokratik Qüvvələri"nə (SDQ) qarşı məhdud hərbi əməliyyat keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hələbdəki əməliyyatın məqsədi pilotsuz uçuş aparatlarının hücumlarını dayandırmaq, təhlükəsizliyi təmin etmək, Hələb-Azəz yolunu açmaq və mülki şəxsləri qorumaqdır.