BAKI, 7 yanvar. TELEQRAF
Amerikalı zərgərlik dizayneri Kris Ayrenin Fransada 1 milyon avrodan çox pulu oğurlanıb.
Teleqraf xəbər verir ki, bu barədə "France 3" telekanalı məlumat yayıb.
Zərgərlik əşyaları yanvarın 6-da Villefranş-sür-Merdə baş verən soyğun zamanı oğurlanıb. Dəyən ziyanın ən azı 1 milyon avro olduğu təxmin edilir.
Cinayət Kris Ayre tərəfindən icarəyə götürülən "Airbnb"də törədilib.
Jurnalistlərin məlumatına görə, oğrular dizaynerdən 6000 avro nağd pul da oğurlayıblar. Nitsa prokurorluğunda oğurluq faktı üzrə cinayət işi açılıb.