BAKI, 7 yanvar. TELEQRAF

ABŞ Sahil Mühafizəsi tərəfindən ələ keçirilən "Marinera" tankeri heç bir ölkəyə məxsus deyil və saxta bayraq altında hərəkət edirdi.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinqdə bildirib.

Onun sözlərinə görə, tanker Venesuelanın kölgə donanmasının bir hissəsi olub. O, gəminin ABŞ sanksiyalarını pozaraq qanunsuz olaraq Venesuela nefti daşıdığını qeyd edib.

Levitt deyib ki, "Marinera"nın heyəti ABŞ-də mühakimə olunacaq.