BAKI, 7 yanvar. TELEQRAF
Rumıniya Prezidenti Nikusor Danın təyyarəsi güclü qar səbəbindən Paris hava limanından qalxa bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə "Digi24" televiziya kanalı dövlət başçısının bəyanatına və Rumıniya Xarici İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
"Spartan" təyyarəsi bu gün səhər uçuşa hazırlanıb. Lakin uçuş-enmə zolağı qarla örtüldüyü üçün uçuş təxirə salınıb.
Rumıniya prezidenti əlavə edib ki, Fransadakı hava şəraiti ölkə üçün qeyri-adi haldır. O bildirib ki, heyət və sərnişinlər hazırda təhlükəsiz uçuş üçün uçuş-enmə zolağının boşaldılmasını gözləyirlər.