BAKI, 7 yanvar. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Çeçenistana qoşun yeritməyə və Ramzan Kadırovu Venesuela Prezidenti Nikolas Maduro kimi həbs etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "RBK-Ukraine" məlumat yayıb.

Ukrayna liderinin sözlərinə görə, belə addımlar rusiyalı həmkarı Vladimir Putini iki dəfə düşünməyə vadar edə bilər:

"Biz yaxşı nəticələr əldə etmişik, amma hələ hər şey sona çatmayıb. ABŞ-nin imkanları var və istədikdə təzyiq göstərməyi bacarırlar. Məsələn, Maduro. Onlar sürətli əməliyyat keçirdilər. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər"