BAKI, 6 yanvar. TELEQRAF
Pentaqonun rəhbəri Pete Heqset dünyanın artıq supergüclər arasında qarşıdurmanın yeni dövrünə qədəm qoyduğunu bildirib.
Teleqraf xəbər verir ki, Heqset bu fikirləri Virciniya ştatındakı gəmiqayırma zavodunda çıxışı zamanı səsləndirib.
“Biz supergüclər arasında qarşıdurmanın yeni erasındayıq”, - deyə o vurğulayıb.
O, əlavə edib ki, Vaşinqton Çin və digər ölkələrlə yaxşı münasibətləri qorumaqda maraqlıdır, lakin eyni zamanda hazırlıq vəziyyətini saxlayır.
Bundan başqa, Heqset ABŞ-nin donanmasının dünya üzrə sərbəst hərəkətinin təmin olunmasına nail olmaq niyyətində olduqlarını da qeyd edib.