BAKI, 6 yanvar. TELEQRAF

Karakasda atışma fonunda hökumət binaları təxliyə edilir.

Teleqraf xəbər verir ki, "Caracol" radiostansiyası Venesuelanın paytaxtı Karakasda atışma səslərinin eşidilməsi fonunda nazirliklər və digər hökumət binalarının təxliyə edildiyini bildirib.

Məlumata görə, atışmanın baş verdiyi əraziyə yaxın müəssisələr və yaşayış məhəllələri fövqəladə vəziyyət səbəbindən bağlanıb. Nəticədə sakinlər və müştərilər təhlükəsizlik şəraiti yaxşılaşanadək binaların daxilində qalmalı olublar.

Radiostansiya qeyd edir ki, hadisə ilə bağlı hökumət tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bir qədər əvvəl Karakasın mərkəzində, prezident sarayı yaxınlığında atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.