BAKI, 6 yanvar. TELEQRAF
Braziliya Prezidenti Luis İnasio Lula da Silva yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "O Globo" nəşri yazır.
Qəzetin məlumatına görə, Braziliya lideri ABŞ hərbçiləri tərəfindən Venesuelanın qanuni prezidenti Nikolas Maduronun saxlanılmasından sonra ölkədə ictimai və siyasi sabitliyin qorunmasının vacibliyini vurğulamaq niyyətindədir. O, həmçinin sərhəd bölgəsindəki vəziyyətdən narahatlığını ifadə edəcək.
Qəzetin Braziliyadakı yüksək vəzifəli diplomatik mənbəyə istinadən bildirdiyinə görə, hazırda Venesuela daxilində nizam-intizam qorunur, lakin vəziyyət hələ də həssas olaraq qalır və nəzarətdən çıxa bilər.