BAKI, 6 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin amerikalı rəsmilərlə əməkdaşlığa başladığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına müsahibəsində bildirib.
Tramp eyni zamanda administrasiyasının Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılmasından əvvəl Rodrigez və onun ətrafı ilə hər hansı təmasda olması barədə iddiaları qəti şəkildə təkzib edib.
Ağ Ev rəhbəri yaxın vaxtlarda Rodrigezə qarşı tətbiq edilən sanksiyalarla bağlı qərar veriləcəyini də qeyd edib. Onun sözlərinə görə, Vaşinqton sanksiyaların saxlanılıb-saxlanılmayacağını və ya ləğv ediləcəyini gələcək əməkdaşlıq səviyyəsindən asılı olaraq müəyyənləşdirəcək.