BAKI, 6 yanvar. TELEQRAF

BMT Təhlükəsizlik Şurası 3 yanvar tarixində Venesuelada baş verən hadisəni beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, humanitar hüquqa və insan hüquqlarına zidd akt kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pinto "Telegram" kanalında yazıb.

Nazirin sözlərinə görə, bu, həmçinin fəaliyyətdə olan dövlət başçısının toxunulmazlığına birbaşa qəsd kimi tanınıb.

İvan Hil Pinto qeyd edib ki, Təhlükəsizlik Şurasındakı müzakirələrdə manipulyasiya və ikili standartlara yer olmayıb və hüquq Venesuelanın tərəfində olub. Nazir əlavə edib ki, ölkə bundan sonra da öz suverenliyini qorumaqda və ərazisində sülhü təmin etməkdə davam edəcək.