BAKI, 6 yanvar. TELEQRAF
Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin generalı Yuri Daqayevin qızı ölü halda tapılıb.
Teleqraf xəbər verir ki, Ukraynanın “Strana.ua” nəşrinin məlumatına görə, hadisə paytaxtda mərhumun yaşadığı mənzildə qeydə alınıb. Bildirilir ki, ölü tapılan şəxs generalın qızı Anna Daqayevadır.
İlkin məlumatlara əsasən, hüquq-mühafizə orqanları hadisəni hələlik cinayət xarakterli hesab etmir. Bununla belə, istintaq çərçivəsində bütün mümkün versiyalar nəzərdən keçirilir.
Qeyd edək ki, Yuri Daqayev Ukraynada geniş rezonans doğurmuş jurnalist Georgi Qonqadzenin qətli ilə bağlı işdə adı hallanan şəxslərdən biri kimi tanınır.