BAKI, 6 yanvar. TELEQRAF
Delsi Rodriges Karakasda Venesuelanın müvəqqəti Prezidenti vəzifəsinə and içib.
Teleqraf xəbər verir ki, onun andiçməsi canlı yayımlanıb.
O, Maduronu və həyat yoldaşı Siliya Floresi ABŞ-də girov saxlanılan qəhrəmanlar adlandırıb.
"Şərəfimlə and içirəm ki, Venesuelanın azad, suveren və müstəqil bir millət kimi öz arzusuna çatdığını görənə qədər dayanmayacam", - Rodriges deyib.