BAKI, 4 yanvar. TELEQRAF
Braziliya, İspaniya, Kolumbiya, Meksika, Uruqvay və Çili Venesueladakı hadisələr fonunda ABŞ-nin tək tərəfli hərbi addımlarını qəbul etmədiklərini bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə ölkələrin birgə bəyanatında qeyd olunub.
Bəyanatda deyilir ki, Venesuela məsələsi yalnız sülh yolu ilə, dialoq və danışıqlar vasitəsilə, Venesuela xalqının iradəsinə hörmət edilməklə və beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir.Hərbi əməliyyatlar beynəlxalq hüququn əsas prinsiplərinə, güc tətbiqi qadağasına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə ziddir və regional sabitlik üçün ciddi təhlükə yaradır.
Həmçinin bəyanatda vurğulanır ki, dövlətlərin təbii və strateji resurslara xarici müdaxilə və ya ələ keçirmə cəhdləri beynəlxalq hüquqa uyğun deyil və regionun siyasi, iqtisadi və sosial sabitliyini təhdid edir.