BAKI, 1 yanvar. TELEQRAF
İsveçrənin Krans-Montana xizək kurortundakı barda baş verən dəhşətli yanğından sonra Lüsern şəhərində keçirilən ənənəvi Yeni il atəşfəşanlığı ləğv edilib.
Teleqraf xəbər verir ki, İsveçrənin cənubundakı Verbier xizək kurortunda da ənənəvi Yeni il atəşfəşanlığı da ləğv edilib.
Yanvarın 1-nə keçən gecə İsveçrənin Krans-Montana şəhərində Yeni ilin qeyd olunduğu Constellation barının zirzəmisində yanğın və partlayış baş verib.
Yanğın nəticəsində 40 nəfər ölüb, daha 100 nəfər yaralanıb.