BAKI, 29 dekabr. TELEQRAF

Bu gün digər Avropa lideri ilə birlikdə Ukrayna və ABŞ prezidentləri ilə fikir mübadiləsində iştirak etdim.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bu barədə sosial şəbəkələrdə yazıb.

"Biz ədalətli və davamlı sülhün qurulması üçün əsas olacaq təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş əldə edirik. Yanvarın əvvəlində hər bir ölkənin konkret töhfəsi ilə bağlı razılaşmanı yekunlaşdırmaq üçün Könüllülər Koalisiyası Parisdə toplanacaq", - deyə o qeyd edib.