BAKI, 24 dekabr. TELEQRAF
Moskvanın Yeletskaya küçəsində Daxili İşlər Nazirliyinin şöbəsinin binası yaxınlığında baş verən partlayış nəticəsində iki polis əməkdaşı həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatlarına görə, 23-dən 24-nə keçən gecə Moskvanın Yeletskaya küçəsində iki DYP əməkdaşı polis xidməti avtomobilinin yanında şübhəli şəxs görüblər. Onlar onu saxlamaq üçün yaxınlaşdıqda, partlayıcı qurğu işə düşüb.
Qurumun məlumatına görə, alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı, eləcə də polislərin yanında olan şəxs həlak olub.