BAKI, 1 fevral. TELEQRAF

ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uiteker Ukraynadakı münaqişə üzrə sülh sazişinin bağlanmasının çətin proses olduğunu, lakin bunun böhranın həllinə aparan ilk addım olacağını deyib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Uitekerin sözlərinə görə, sülh razılaşması ərazilər, sərhədlərin müəyyənləşdirilməsi, onlara nəzarət, eləcə də atəşkəsə nəzarət kimi mürəkkəb məsələləri əhatə edir. Bununla belə, tərəflər nizamlanma istiqamətində müsbət irəliləyiş əldə etməyə davam edirlər.

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi vurğulayıb ki, əsas məqsəd müharibəyə son qoymaqdır.