BAKI, 1 fevral. TELEQRAF

Rusiya və Səudiyyə Ərəbistanı daxil olmaqla OPEC+ ölkələrinin səkkizi mart ayı üçün neft hasilatı planını onlayn formatda nəzərdən keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumat OPEC+ mənbələrinə istinadla yayılıb.

Bildirilir ki, aylıq onlayn görüşdə hasilat həcmləri ilə bağlı qərarlar müzakirə olunacaq.

Həmçinin bazar günü OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası keçiriləcək. Görüşdə alyans üzvləri neft bazarındakı cari vəziyyəti müzakirə edəcək və OPEC+ razılaşmasının icra səviyyəsini qiymətləndirəcəklər.