BAKI, 1 fevral. TELEQRAF
ABŞ-nin Luiziana ştatında bayram paradı zamanı baş verən atışma nəticəsində altı nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə ilə əlaqədar bir şübhəli şəxs saxlanılıb, atışmada istifadə edildiyi ehtimal olunan avtomobil isə axtarışdadır. Hücumun motivləri hələlik açıqlanmayıb.