BAKI, 1 fevral. TELEQRAF
ABŞ İranda sabitliyin pozulmasının və 2011-ci ildə Liviyada baş verən hadisələrin təkrarlanmasının əleyhinədir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Fox News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Vaşinqton İranda Liviyada Müəmmər Qəddafinin öldürülməsindən sonra yaranmış xaosun təkrarlanmasını istəmir.
“Biz İran kimi bir ölkəni, 44-cü prezident Barak Obamanın administrasiyasının Liviyada etdiyi kimi, Qəddafinin aradan götürülməsindən sonra heç bir plan olmadan destabilizasiya etmək istəmirik”, - o bildirib.
Uiteker vurğulayıb ki, ABŞ hərbi gücdən istifadə məsələsində ehtiyatlı və düşünülmüş yanaşma sərgiləməlidir.