BAKI, 1 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı danışıqların başladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Amerika lideri həm Vaşinqton, həm də Avropa üçün yaxşı razılaşmaya ümid etdiyini bildirib.

O, jurnalistlərin Avropa liderləri ilə bu mövzuda əlaqə saxlayıb-saxlamadığına dair sualını cavablandırarkən bildirib:

“Biz danışıqlara başlamışıq. Ümid edirəm ki, bu, hamı üçün yaxşı razılaşma olacaq. Milli təhlükəsizlik baxımından bu, çox vacib sazişdir. Düşünürəm ki, razılaşma əldə edəcəyik”.

Trampın sözlərinə görə, bir sıra məsələlər üzrə artıq razılıq əldə olunub və Avropa tərəfi də ABŞ-nin bu razılaşmanı bağlamasını istəyir.

ABŞ lideri həm Vaşinqton, həm də Avropa üçün “yaxşı razılaşma”ya ümid etdiyini bildirib