BAKI, 1 fevral. TELEQRAF
Çində Myanmada fəaliyyət göstərən cinayətkar dəstənin 11 üzvü edam edilib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çinin Çjetszyan əyalətinin Vencou şəhərinin Orta Xalq Məhkəməsi Myanmanın şimalında fəaliyyət göstərmiş cinayətkar qruplaşmanın 11 üzvü barəsində çıxarılmış ölüm hökmünün icrasına qərar verib. Məhkəmənin qərarına əsasən, “Min ailəsi” kimi tanınan cinayətkar dəstə 14 Çin vətəndaşının ölümü, çoxsaylı şəxslərin isə yaralanması ilə bağlı məsuliyyət daşıyır.
Dəstə üzvləri qəsdən adam öldürmə, bədən xəsarəti yetirmə, qanunsuz azadlıqdan məhrum etmə, dələduzluq və gizli kazinoların təşkili maddələri üzrə təqsirli biliniblər.
Bildirilir ki, ölüm hökmünün icrası Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsi tərəfindən də təsdiqlənib.