BAKI, 1 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla ciddi danışıqlar apardığını bildirib.
Teleqraf xəbər verir ki, ABŞ lideri bunu Floridaya uçuş zamanı açıqlayıb.
“Onlar bizimlə danışıqlar aparırlar, ciddi danışıqlar”, - deyə Tramp jurnalistlərə Floridaya uçuş zamanı təyyarənin göyərtəsində açıqlama verib.
ABŞ lideri həmçinin tərəflərin Vaşinqton üçün məqbul olan razılaşma üzərində anlaşa biləcəklərinə ümid etdiyini deyib. Onun sözlərinə görə, ABŞ İranın qəbul edilə bilən bir razılaşmaya razılıq verməsini gözləyir.