BAKI, 1 fevral. TELEQRAF
İran və ABŞ arasında danışıqlar mexanizminin yaradılması prosesi mediada gərginliyin artırılmasına baxmayaraq davam edir.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, KİV-də süni şəkildə yaradılan müharibə atmosferinə baxmayaraq, danışıqlar üçün sistemin formalaşdırılmasında irəliləyiş var.