BAKI, 1 fevral. TELEQRAF
Rusiya ordusunun "Cənub" qruplaşması Konstantinovka istiqamətində Ukrayna hərbi obyektlərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 6-cı motoatıcı diviziyanın kəşfiyyatçıları həmin istiqamətdə rəqibin səhra sursat anbarını aşkar edərək koordinatları pilotsuz uçuş aparatlarının (PUA) operatorlarına ötürüblər. Birbaşa zərbə və ardınca baş verən detonasiya nəticəsində anbar tamamilə sıradan çıxarılıb.
Bundan əlavə, artilleriyaçılar 152 mm-lik "Msta-B" haubitsasından dəqiq atəş açaraq, bir saat ərzində 10 nəfərə qədər canlı qüvvənin olduğu iki blindajı darmadağın ediblər.