BAKI, 1 fevral. TELEQRAF
Qrenlandiya ətrafında yaranmış vəziyyət fonunda Danimarkada ABŞ səfirliyi qarşısında etiraz aksiyası baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilir ki, aksiyada yüzlərlə danimarkalı veteran və minlərlə onların tərəfdarı iştirak edib.
Məlumata əsasən, etirazçılar əvvəlcə Kastellet qalasının yaxınlığında toplaşıb, daha sonra isə bir neçə iri Danimarka bayrağı ilə ABŞ səfirliyinə doğru səssiz yürüş ediblər.
Bildirilir ki, aksiya ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidlərinə, eləcə də Amerika liderinin danimarkalı hərbçilərin döyüş əməliyyatlarına verdiyi töhfəni kiçiltməsinə cavab olaraq təşkil olunub.