BAKI, 16 dekabr. TELEQRAF
Yunanıstanda dövlət sektorunun ən böyük həmkarlar ittifaqı ADEDY 2026-cı il üçün nəzərdə tutulan və vergilərin kəskin artırılmasını ehtiva edən büdcəyə etiraz olaraq 24 saatlıq ümumölkə tətilinə başlayıb.
Teleqraf xəbər verir ki, tətilə bələdiyyə işçiləri və orta məktəb müəllimləri də qoşulub, dövlət məktəbləri və bələdiyyə qurumları fəaliyyətini dayandırıb.
Həmkarlar ittifaqları Afinanın Sintagma meydanında kütləvi etiraz aksiyası keçirməyi planlaşdırır.