BAKI, 16 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, 15 dekabrda Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderindən son vaxtlar Rusiya prezidenti ilə birbaşa təmasın olub-olmadığı soruşulduqda, Tramp bunu təsdiqləyib. Lakin o, söhbətin məzmunu ilə bağlı hər hansı detal açıqlamayıb.