BAKI, 13 dekabr. TELEQRAF
Ukraynadakı müharibə davam etdiyi müddətdə Avropanın təhlükəsizliyi təmin olunur.
Teleqraf xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq Fredrik İşinger bildirib.
Onun sözlərinə görə, əgər ukraynalılar silahı yerə qoyarsa, aqressor tərəf yenidən toparlanmaq üçün vaxt qazanacaq və növbəti hədəf NATO ola bilər.
V.F. İşinger Rusiyanın aqressiv niyyətləri fonunda Avropanın təhlükəsizliyinin təmin olunmasında Ukraynanın rolunu yüksək qiymətləndirib:
"Ukraynanın qətiyyətli və cəsarətli müqaviməti davam etdiyi müddətdə Avropa öz təhlükəsizliyini qoruyur".