BAKI, 11 dekabr. TELEQRAF

Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermek Koşerbayev jurnalistlərə açıqlamasında bildirib.

Telegon danışığı zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Xəzər Boru Kəmər Konsorsiumuna (KTK) edilmiş hücumla bağlı vəziyyəti müzakirə ediblər.

E. Koşerbayev deyib ki, Qazaxıstan bu istiqamətdə sabitliyin təmin olunacağına ümid edir:

"KTK ilə bağlı məsələni də müzakirə etdik. Ukrayna tərəfi anlayış nümayiş etdirdi və hesab edirik ki, bu sahədə vəziyyət sabit qalmalıdır. Qazaxıstan və Ukrayna arasında dialoq müxtəlif səviyyələrdə davam etdirilir".