BAKI, 10 dekabr. TELEQRAF

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin bəzən şəhərdaxili hərəkət zamanı kortejdən istifadə etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Peskov TASS-a açıqlamasında deyib ki, dövlət başçısı bəzi hallarda şəhərdə müxtəlif formalarda hərəkət edir.

Jurnalistlərin “Prezident özü sükan arxasına keçir, yoxsa sadəcə kortejsiz müşayiət olunan avtomobildə olur?” sualına Kremlin nümayəndəsi qısa cavab verib: “Fərqli olur.”

Ötən gün keçirilən Vətəndaş Cəmiyyəti Şurasının iclasında Putin özü də qeyd etmişdi ki, şəhərdə həmişə kortejlə hərəkət etmir.

Prezident belə səfərlər zamanı digər sakinlər kimi şəhərdəki problemləri, xüsusilə də elektrikli skuter sürən kuryerlərin nəzarətsiz hərəkəti ilə bağlı çətinlikləri daha aydın gördüyünü vurğulayıb.