BAKI, 5 dekabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Avropa Komissiyasının "X" sosial şəbəkəsini 120 milyon avro məbləğində cərimələməsini amerikalılara və ABŞ texnologiya şirkətlərinə hücum kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə senator öz sosial şəbəkə hesabında yazıb.
Rubio bildirib ki, Komissiyanın bu addımı yalnız "X" sosial şəbəkəsinə qarşı deyil, bütün amerikalı texnologiya platformalarına və ABŞ xalqına yönəlmiş xarici hökumət təcavüzüdür.
Qeyd olunur ki, Avropa Komissiyası "X"i Avropa İttifaqının rəqəmsal qaydalarını pozmaqda günahlandıraraq cərimələyib.