BAKI, 3 dekabr. TELEQRAF
Yaponiya hökuməti Ukraynada minatəmizləmə işlərinin aparılması və tibbi yardımın göstərilməsi üçün 4 milyard yen (təxminən 25 milyon ABŞ dolları) həcmində qrant ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, müvafiq sənədlər Yaponiyanın Ukraynadakı səfiri Masasi Nakagomə ilə Ukraynanın daxili işlər naziri İqor Klimenko arasında mübadilə edilib.
Bildirilib ki, Yaponiya minatəmizləmə sahəsində avadanlıqların təqdim olunması, həmçinin Yapon texnologiyaları üzrə maarifləndirici tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.