BAKI, 3 dekabr. TELEQRAF
ABŞ Ukraynadakı münaqişənin nizamlanması üzərində işləyir, lakin onun başa çatdırılması ilə bağlı yekun qərar Rusiya və Ukrayna tərəfindən qəbul olunmalıdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib.
“Son nəticədə qərarı onlar verəcəklər. Əgər müharibəni bitirmək istəməsələr, o zaman müharibə davam edəcək. Amma biz onun sona çatması üçün cəhd göstərəcəyik”, - deyə Rubio bildirib.
Onun sözlərinə görə, Vaşinqton tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmağın mümkün olub-olmadığını anlamağa çalışır. Rubio vurğulayıb ki, bunun üçün hər iki tərəflə danışıqlar aparmaq vacibdir.
“Rusiyayla danışıqlar aparmadan Rusiya və Ukrayna arasındakı müharibəni bitirmək mümkün deyil. Eyni zamanda, Ukraynanın mövqeyi də mütləq nəzərə alınmalıdır”, - o qeyd edib.