BAKI, 2 dekabr. TELEQRAF

Cənubi Afrikada Rusiya ordusuna döyüşçü cəlb etməkdə ittiham olunan 5 nəfər məhkəməyə çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.

İttiham olunanlar 17 vətəndaşın aldadılaraq münaqişə zonasına göndərilməsi işində şübhəli bilinir.

Polisin məlumatına görə, ilk şübhəli şəxs "OR Tambo International Airport" hava limanında saxlanılıb. Daha üç nəfər bir gün sonra, Rusiya istiqamətində uçuş zamanı, digər şübhəli isə şənbə günü həbs edilib.

Qeyd olunub ki, Cənubi Afrikada hökumətin icazəsi olmadan xarici ordular üçün döyüşmək qanunsuzdur.

Hadisə ilə bağlı Cənubi Afrikadakı Russia səfirliyi şərh verməyib.