BAKI, 29 noyabr. TELEQRAF
Qazaxıstan Xəzər Boru Kəmər Konsorsiumunun (CPC) infrastruktura edilən hücumdan sonra neft daşımalarının alternativ marşrutlara yönləndirilməsi üzrə fövqəladə planı işə salıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, Qazaxıstan hökuməti neft istehsalına təsirləri minimuma endirmək və iri yataqlarda hasilat sürətini qorumaq məqsədilə ixrac həcmlərinin alternativ marşrutlarla daşınması planını fövqəladə qaydada aktivləşdirib.
Qeyd edilib ki, hadisə hökumətin xüsusi nəzarətindədir.
Xatırladaq ki, Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.
Terminalın əməkdaşları və podratçıları arasında xəsarət alan olmayıb. Həmçinin neftin Qara dənizə sızmasının qarşısı alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.