BAKI, 29 noyabr. TELEQRAF

2025-ci ildə 24 dost olmayan ölkənin vətəndaşları Rusiya Federasiyasından sığınacaq istəyib, onların əksəriyyəti Ukrayna vətəndaşlarıdır.

Teleqraf bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində qeyri-dost ölkələrdən 2762 əcnəbi Rusiyadan müvəqqəti sığınacaq istəyib.

Qeyd olunur ki, Ukrayna vətəndaşlarından 2527, Almaniya vətəndaşlarından 93, latviyalılardan 36, litvalılardan 25 müraciət daxil olub.

Belə müraciətlərin 17-si ABŞ, 12-si Estoniya, 11-i Kanada, 7-si Macarıstan, 6-sı İtaliya, 5-i Polşa vətəndaşlarından olub.

Bundan əlavə, Avstraliya, Fransa və İspaniyanın üç vətəndaşı, Niderland, Slovakiya və Böyük Britaniyadan isə iki nəfər sığınacaq üçün müraciət edib.

Belçika, Bolqarıstan, Yunanıstan, Kipr, Makedoniya, Portuqaliya, İsveç və İsveçrə vətəndaşlarından bir ərizə daxil olub.

Ümumilikdə, göstərilən müddət ərzində 6640 əcnəbi Rusiyadan sığınacaq istəyib.