BAKI, 25 noyabr. TELEQRAF
Ukrayna Prezident Volodimir Zelenskinin ABŞ-yə səfəri və Prezident Donald Trampla sülh planı üzrə danışıqları ayın sonunadək baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.
"Biz V. Zelenskinin ABŞ-yə səfərinin noyabr ayında mümkün olan ən yaxın tarixdə təşkil olunmasını gözləyirik. Məqsəd son mərhələləri yekunlaşdırmaq və Trampla razılaşmalara nail olmaqdır", - o qeyd edib.