BAKI, 21 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxal olunan bəzi kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumların azaldılması barədə sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, Tramp bəyanatında daha əvvəl tətbiq etdiyi əlavə gömrük rüsumlarının siyahısında dəyişiklik etdiyini bildirib.
Onun sözlərinə görə, qərar ABŞ ilə Braziliya arasında ticarət mövzusunda aparılan danışıqların uğurla başlaması ilə əlaqədardır. Prezident həmin kənd təsərrüfatı məhsullarının hansı kateqoriyalara aid olduğunu açıqlamayıb.
Xatırladaq ki, Tramp 14 noyabrda da bir sıra meyvə, tərəvəz, qoz-fındıq, qəhvə, çay və eləcə də mal ətinin müəyyən rüsumlardan çıxarılması ilə bağlı ayrıca sərəncam imzalamışdı.