BAKI, 21 noyabr. TELEQRAF

Braziliyanın Belen şəhərində BMT-nin iqlim konfransı COP-30 zamanı baş verən yanğın nəticəsində dəm qazından zəhərlənənlərin sayı 19-a çatıb.

Teleqraf xəbər verir ki, hadisə barədə məlumatı G1 portalı yayıb.

Bildirilir ki, ümumilikdə 21 nəfər tibbi yardıma müraciət edib. Onlardan 19-u tüstüdən zəhərlənib, iki nəfərdə isə panik atak müşahidə olunub.

***

02:11

Braziliyada keçirilən BMT-nin iqlim konfransında (COP30) baş verən yanğın nəticəsində ən azı 13 nəfər dəm qazından zəhərlənərək tibbi yardıma müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin G1 portalı məlumat yayıb.

Tədbirin təşkilatçıları bildiriblər ki, alov altı dəqiqə ərzində nəzarət altına alınıb. Lakin bir neçə iştirakçıya tibbi müdaxilə lazım gəlib. Yanğının səbəbləri araşdırılır.

Bundan əvvəl COP-30 iqlim konfransında başqa bir yanğın da qeydə alınmış, Braziliya rəsmiləri həmin insident zamanı xəsarət alanların olmadığını açıqlamışdı. COP-30 tədbiri ölkənin şimalındakı Belen şəhərində 10-21 noyabr tarixlərində keçirilir.