BAKI, 18 noyabr, TELEQRAF
Ukrayna Rusiyadakı hərbi obyektləri vurmaq üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib. Uzaqmənzilli silahlarla hücumlarımız davam edəcək", - deyə Baş Qərargah bildirib.
Hücumun nəticələri barədə detallı məlumat verilməyib.