BAKI, 1 aprel. TELEQRAF
İsrail ABŞ ilə birlikdə İrana qarşı ərəb ölkələrini əhatə edəcək hərbi ittifaq yaratmaq imkanlarını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Al Monitor” İsrail mənbələrinə istinadla məlumat yayıb.
Portalın mənbələrindən biri deyib ki, ABŞ-nin Yaxın Şərqdə özünün rəhbərlik edəcəyi NATO-ya bənzər regional ittifaqın yaradılması ideyasına dəstəyi artır: “İsrail İranın zəiflədilməsində əsas rol oynayacaq. Artıq amerikalılarla bu barədə işləyirik”.
İsrail hesab edir ki, Tehranın daha sərt siyasətə keçəcəyindən ehtiyat edən Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz ölkələri İranın zəiflədilməsində maraqlıdır.
Başqa bir mənbə əlavə edib ki, İsraillə İbrahim Sazişlərinə hələ qoşulmayan dövlətlər də daxil olmaqla, Körfəz dövlətlərinin əksəriyyəti belə bir ittifaqa qoşulmağı düşündüklərini nümayiş etdirirlər.