BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Konqresdə respublikaçı qanunvericilər tərəfindən irəli sürülən və Rusiya ilə tərəfdaşlıq edən ölkələrə qarşı sərt sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini dəstəklədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Palma-Biçdən (Florida ştatı) Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bu barədə eşitmişəm və məni tam şəkildə qane edir. Respublikaçılar Rusiya ilə biznes quran istənilən ölkəyə qarşı çox sərt sanksiyalar nəzərdə tutan qanun layihəsi təqdim edirlər. Bura İranı da daxil edə bilərlər,” - o qeyd edib.